Ölkə 13:30 29.01.2023

Terrorçunu zərərsizləşdirən Vasifin əməliyyatdan sonrakı fotosu

Xəbər verdiyimiz kimi, Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı terrorçunu zərərsizləşdirən Vasif Tağıyev əməliyyat olunub.

Onun əməliyyatdan sonra çəkilən ilk görüntüsünü təqdim edirik.



Qeyd edək ki, Vasifin əməliyyatı dörd saat yarım çəkib. Onun çiynində güllə yarası, çənəsində sınıq olub.

Xatırladaq ki, 27 yanvar saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, daha iki əməkdaş isə yaralanıb. 

Mənbə: Qafqazinfo.az