Siyasət 16:50 27.01.2023

“Terrorun arxasında Tehran rejimi dayanır”- Ekspert

"Bu hadisə sırf terror hadisəsidir və Azərbaycanı qorxutmaq, haqlı mövqeyindən çəkindirmək məqsədi daşıyır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Azərbaycanın Tehrandakı səfirliyinə edilən silahlı hücumla bağlı fikirlərini bölüşərkən deyib.

"Tehran Azərbaycana qarşı çəkindirici siyasətin tərkib hissəsi kimi bu əməldən istifadə edib. İran terror dövləti kimi tanınır. Tehran rejimi bu hadisəyə qədər də dünyanın bir sıra ölkələrində terror hadisəsi törədib. İran terror təşkilatlarını maliyyələşdirən, onlara dəstək verən bir dövlətdir. İran rəsmiləri baş verən hadisə ilə bağlı araşdırma aparmadan qeyri-adekvat qiymətləndirməklə onu məişət zəminində baş verən olay kimi dəyərləndirib. İran Azərbaycanın son illər yaratdığı reallıqları qəbul edə bilmir. Ona görə də ölkəmizi qorxutmaq üçün bu sayaq çirkin əməllərilə çəkindirici vasitələrə əl atır”, deyə Üzeyir Şəfiyev bildirib.



Həmsöhbətimizin fikrincə, hadisənin əlaməti, ilkin görüntüləri sübut edir ki, olay təşkil olunub:
 
"Terroru törədənin istifadə etdiyi silahın xarakteri göstərir ki, mühafizə əməkdaşı tərəfindən qarşısı alınmasaydı, bütün səfirlik əməkdaşlarını güllələyəcəkdi. Bu hadisə Azərbaycanı qorxutmaq, onu haqlı mövqeyindən çəkindirmək məqsədi güdür. Terror aktının arxasında İran rejimi durur. Belə olmasaydı, hadisə tələm-tələsik Tehran tərəfindən məişət zəminində baş verən olay kimi qiymətləndirilməzdi”. 

Rüfət Sultan