Sağlamlıq 20:12 17.11.2022

"The Lancet Oncology" Avropada on ilə xərçəng epidemiyası proqnozlaşdırdı

"The Lancet" xərçəng komissiyasının alimləri yaxın on il ərzində Avropada xərçəng epidemiyasının olacağını proqnozlaşdırıblar. 

Qaynarinfo xəbər verir ki, bu barədə Lenta.ru-nun "The Lancet Oncology” jurnalının hesabatına istinadən məlumatında deyilir. Bildirilir ki, müvafiq tədbirlər görülməzsə, belə bir proqnozun olacağı ehtimal edilir.

Mütəxəssislər Avropada koronavirus pandemiyasının təsiri ilə bağlı məlumatları təhlil ediblər. Onlar qeyd ediblər ki, pandemiyanın ilk ilində həkimlər 1,5 milyon az xərçəng xəstəsi qəbul ediblər, xərçəng xəstələrinin yarısı isə vaxtında cərrahiyyə və ya kimyaterapiya almayıb.

Həmçinin, 100 milyon xərçəng skrininq testi keçirilməmiş qalıb, bir milyona qədər avropalıda isə diaqnoz qoyulmamış xərçəng ola bilər.

Mütəxəssislər Avropanın xərçəng ictimaiyyətinə iş proseslərini sürətləndirməyi və cari və gələcək tədqiqat proqramlarında bu xəstəliyə daha çox diqqət ayırmağı tövsiyə ediblər.

Alpər