İdman 14:40 28.03.2023

"Tottenhem" Konte ilə bağlı qərarını verdi

İngiltərə Premyer Liqa komandalarından olan "Tottenhem" baş məşqçi Antonio Konte ilə yollarını ayırıb.

Qaynarinfo-nun məlumatına görə, İngiltərə klubunun saytında yer alan açıqlamada 53 yaşlı italyan məşqçi ilə əməkdaşlığa son qoyulduğu bildirilib və ona uğurlar arzulanıb. 

Baş məşqçi səlahiyyətlərini isə mövsümün qalan hissəsində italiyalı Kristian Stellini yerinə yetirəcək.

Konte "Tottenhem"dən başqa "İnter", "Yuventus", İtaliya millisi və "Çelsi"ni çalışdırıb. Təcrübəli mütəxəssis "Yuventus”la 3 dəfə A Seriya çempionluğu, 2 dəfə İtaliya Superkuboku, "İnter”lə A Seriya çempionluğu, iki mövsüm çalışdırdığı "Çelsi” ilə isə bir dəfə Premyer Liqa və Federasiya Kubokunun qalibi olub.

Səbuhi Həsənov