İdman 11:31 28.06.2023

Tovuz şəhər stadionunda yenidənqurma işlərinə başlanıldı

Tovuz şəhər stadionunda abadlıq və yenidənqurma işlərinə start verilib.
 
Qaynarinfo-nun məlumatına görə, infrstrukturun ideal vəziyyətə gətirilməsi üçün baş sponsor "HUNER Group”un maddi dəstəyi ilə stadion ərazisində iki mərtəbəli yeni bina inşa olunur. "Turan Tovuz” Futbol Akademiyasının ixtiyarına veriləcək binada hər cür şəraitlə təmin olunan yataq otaqları, akademiya məşqçiləri üçün iş və nəzəri məşğələ otaqları, konfrans və fitnes zalları, tibb və digər zəruri otaqlar yer alacaq. 

Bununla yanaşı projektorların quraşdırılması işlərinə də start verilib.
 


 
Səbuhi Həsənov