Dünya 16:26 12.02.2024

Trampın NATO-dan çıxmaq təhdidləri ciddi qəbul edilməlidir - Bolton

ABŞ-ın keçmiş prezidenti Donald Trampın hakimiyyətə qayıdacağı təqdirdə NATO-dan çıxacağı ilə bağlı hədələri ciddi qəbul edilməlidir.

Qaynarinfo xəbər verir ki, bu barədə Tramp administrasiyasında ABŞ-ın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton deyir.
 
"Düşünürəm ki, Trampın bəyanatları kifayət qədər ciddi qəbul edilməlidir”, - o, MSNBC-də deyib.

Onun sözlərinə görə, indi çoxları bunu belə qəbul etmir - həm Trampın tərəfdarları, həm də əleyhdarları.

"O (Tramp - red.) ABŞ-ın NATO-dan çıxmasını istədiyini deyəndə, mən hesab edirəm ki, bu, çox real təhlükədir və bunun ABŞ üçün son dərəcə pis nəticələri olacaq. Həm də təkcə Şimali Atlantika regionunda deyil, daha geniş”, - Bolton bildirib.

Donald Tramp bəyan edib ki, o, az pul ödəyən Alyansa üzv ölkələrə Rusiyanın hücum etməsinə icazə verəcək.

Nizami Bağırov