Ekonomiks 19:00 01.12.2023

TSEK-in keçmiş sədri ilə nazirlik arasında qalmaqal

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məhkəməyə verilib. 

Qaynarinfo xəbər verir ki, iddiaçı Dibirova Ülkər Umanxan qızıdır. 

Onun iddiasına Yasamal Rayon Məhkəməsində baxılacaq. İş hakim Kərim Xudayevin icraatındadır. Ülkər Dibirovanın iddia tələbi işə bərpa ilə bağlıdır. 

Araşdırmalarımız zamanı bəlli olub ki, Ülkər Diborva 10 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri olub. Onun hansı səbəbdən işdən çıxarıldığı məlum deyil. 

Maraqlıdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında Ülkər Dibirovanın adı hələ də 10 saylı TSEK-in sədri kimi qeyd edilib. 

Seyid