İdman 13:56 30.06.2022

Tunis Qran-Prisində daha 3 qızıl medal

Tunis Qran-Prisində para-atletika idman növü üzrə Azərbaycan idmançıları uğurlu çıxış edib.
 
Qaynarinfo xəbər verir ki, para-atletlərimiz Səid Nəcəfzadə (T12) uzunluğa tullanma növündə 7.19, Orxan Qasımov (F13) nizə atma növündə 62.86, Elmir Cəbrayılov isə 400 metrəyə (T13) qaçış növündə 51.92 saniyə nəticə ilə yarışın qızıl medalını qazanıb.

Uzunluğa tullanma növündə digər təmsilçimiz Kamil Əliyev (T12) isə 6.61 metr nəticə göstərərək bürünc medala layiq görülüb.
 
Bununla da Tunis Qran-Prisində idmançılarımızın qazandığı medal sayı altıya çatıb.

Daha öncə Məhərrəm Qasımov (F11) nüvə itələmə növündə 10.13, və Elmir Cəbrayılov (T13) 100 metrəyə qaçış növündə 11.55 saniyəlik nəticə göstərərək yarışın qızıl medalını əldə ediblər.
 
Səbuhi Həsənov