İdman 12:42 07.07.2023

"Turan Tovuz"da braziliyalı futbolçu

"Turan Tovuz" növbəti transferini gerçəkləşdirib.

Qaynarinfo-nun məlumatına görə, Tovuz klubu Luis Henrike Paçu Liranı heyətinə qatıb. Klubun mətbuat xidmətindən 27 yaşlı braziliyalı futbolçu ilə 2 illik müqavilə bağlandığı bildirilib.
 
Son mövsümü Portuqaliya "Trofense”sində keçirən hücumçu karyerası ərzində Braziliya klubları "Botafoqo”, "Santa Kruz”, "Boavişta”, "Lemense” və "Sianorte”nin formasını geyinib.
 
Səbuhi Həsənov