"Turan Tovuz"da daha 4 ayrılıq baş tutub.
Qaynarinfo-nun məlumatına görə, Tovuz klubu Turan Vəlizadə, Natan Oduva, Şakir Seyidov və Siyanda Xulu ilə vidalaşıb. Futbolçuların klubla başa çatan müqavilələri yenilənməyib.
"Turan Tovuz" buna qədər, Henri Okebuqvu ilə də yolları ayırmışdı.
Fasilə müddətində Sərtan Taşkın, Aydın Bayramov və Fərid Nəbiyevi transfer edən tovuzlular, Ehtiram Şahverdiyev, Eltun Turabov, Sadiq Quliyev, Tərlan Quliyev, Ayxan Hüseynov, Kamal Bayramov, Tərlan Əhmədli, Səbayıl Bağırov, Mehman Hacıyev, Faiq Hacıyev və Vüsal Məsimovla müqaviləni daha 1 il müddətinə artırıb.
Səbuhi Həsənov
Şərhlər