Özbəkistanda administrativ islahatlara start verilib.
Qaynarinfo xəbər verir ki, bu barədə ölkə prezidenti Şavkat Mirziyoyev fərman imzalayıb.
İnzibati idarəetmə orqanlarında islahatlar haqqında fərmanına əsasən, icra hakimiyyəti orqanlarının, o cümlədən rəhbər heyətin təxminən üçdəbiri ixtisar ediləcək.
Ölkədə nazirliklərin sayı 25-dən 21-ə, Baş nazirin müavinlərinin sayı 8-dən 4-ə enəcək. 20 idarə tamamilə ləğv ediləcək, iqtisadiyyat və maliyyə, tikinti və mənzil-kommunal təsərrüfatı, ali təhsil, elm və investisiya, məktəbəqədər və məktəb təhsili vahid nazirliklər kimi birləşdiriləcək.
Sənədə əsasən, ölkədə nazirlik və idarələrin sayı 68-dən 28-ə qədər azaldılacaq, məmurların sayı isə 30-35 faiz ixtisar ediləcək.
Qeyd edək ki, güc strukturları - Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyi isə struktur dəyişikliyinə məruz qalmayıb.
Aydın
Şərhlər