Ölkə 16:05 29.06.2022

Türk nazir Azərbaycan yanğınsöndürənlərinə təşəkkür etdi (FOTOLAR)

Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus "BE-200ÇS” amfibiya tipli təyyarə qardaş Türkiyədə baş vermiş meşə yanğınları ilə mübarizə tədbirlərinə cəlb olunub.

İyunun 28-də Türkiyənin Muğla bölgəsində baş vermiş meşə yanğınlarının söndürülməsi əməliyyatlarında iştirak etmiş xarici yanğınsöndürmə qüvvələrinin mükafatlandırılması mərasimi keçirilib.

Dalaman Hava Limanında keçirilən mərasimdə iştirak edən Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin Hava Hazırlığı komandiri general-leytenant Ziya Cemal Kadıoğlu Milli Müdafiə Nazirliyinin rəhbərliyi adından Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus "BE-200ÇS” amfibiya tipli təyyarəsinin heyət üzvlərinə təşəkkürünü bildirib, onlara qiymətli hədiyyələr təqdim edib.