Dünya 18:38 01.11.2023

Türkiyə Aİ-ni Yaxın Şərqdə sülh danışıqlarına maneə yaratdığına görə qınayır

Türkiyə Xarici İşlər Nazirliyi Qəzza ilə bağlı sülh danışıqlarına və Fələstin anklavında humanitar vəziyyətin yaxşılaşdırılmasına maneəyə çevrilən Avropa İttifaqının mövqeyini pisləyib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidana deyib.

"Atəşkəs əldə etmək və humanitar vəziyyəti yaxşılaşdırmaq üçün region ölkələri ilə çox aktiv diplomatik əlaqəmiz var. Mən çox istərdim ki, Aİ ilə də oxşar proses olsun. Lakin Aİ atəşkəs ifadəsini eşitmək istəmir və humanitar yardım göstərmək üçün məcburi tədbirlər görmür”, deyə Fidan bildirib.

Bundan əvvəl Aİ ölkələri Qəzza zolağındakı vəziyyətlə bağlı kompromisli ümumi bəyanat üzərində razılığa gələ bilmişdilər, lakin "Politico"ya görə, İsrail bölgədə qurudan hərbi əməliyyat keçirməyə qərar verərsə, konsensus uzun sürməyəcək. Nəticədə Avropa İttifaqı ölkələrinin liderləri "humanitar səbəblərə görə fasilə” ifadəsi üzərində razılığa gəliblər.

Aydın