Dünya 17:24 11.08.2022

Türkiyə Azazda qorxunc terrorçu-kamikadzeni həbs etdi

Türkiyənin Hatay şəhər Kəşfiyyat İdarəsi və ölkənin Suriyadaki Xüsusi Qrupunun Dövlət Təhlükəsizlik Kəşfiyyat İdarəsinin əməkdaşları Suriyanın Hələb şəhərinin Azaz rayonunda üzərində partlayıcı jileti olan "Həsən Nəccar" kod adlı (təşkilat adı "Əbu Əli") PKK/KJK terror qruplaşmasının üzvünü həbs edib.

Qaynarinfo bu barədə nazirin "Twitter" səfhəsinə istinadən xəbər verir.

"Terrorçunun kamikadze jiletində 1,8 kq C-4 partlayıcısı və çoxlu miqdarda döyüş sursatı olub. Terrorçuların ölkə daxilində və xaricində sızmasına imkan verməyən hər bir polis qüvvəsini, təhlükəsizlik kəşfiyyat bölmələrini, jandarma qüvvələrini, Suriya xüsusi qrupundakı qəhrəmanımızın övladlarını təbrik edirəm”, deyə nazir bildirib.

M.Arif