Dünya 17:22 29.06.2022

Türkiyə Finlandiya və İsveçdən 33 terrorçunun ekstradisiyasını istəyir

Türkiyə Skandinaviya ölkələrinin NATO-ya üzvlüyünə razılıq qarşılığında İsveç və Finlandiyadan 33 terrorda şübhəli bilinən şəxsin ekstradisiyasını istəyəcək.

Qaynarinfo "Ajazeera” saytına istinadla xəbər verir ki, bu barədə Türkiyə ədliyyə naziri bildirib.
 
"Biz yeni saziş çərçivəsində müvafiq ölkələrdən terrorçuların ekstradisiyasına çalışacağıq”,- Türkiyə ədliyyə naziri Bəkir Bozdağ  NTV telekanalında deyib.

Nurlan Hüseynov