Dünya 18:25 05.12.2023

Türkiyə İsrailə HƏMAS liderləri ilə bağlı xəbərdarlıq etdi

Türkiyə İsraili öz ərazisində HƏMAS liderlərini məhv etsə, bunun ciddi nəticələri ilə bağlı xəbərdarlıq edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

"Türkiyə Fələstin qruplaşmasının xaricdəki liderlərini məhv etmək planları ilə bağlı yayılan xəbərlərdən sonra İsrailin kəşfiyyat agentliyinə HƏMAS üzvlərini öz ərazisində məhv etməyə çalışmamaq barədə xəbərdarlıq edib", deyə məlumatda bildirilir.

Adının açıqlanmasını istəməyən Türkiyənin yüksək rütbəli kəşfiyyat rəsmisi deyib ki, MİT kəşfiyyat xidməti MOSSAD-dakı həmkarlarına belə birtərəfli addımların iki ölkə arasında ikitərəfli əlaqələr üçün ciddi nəticələrə səbəb olacağını bildirib.

Bu qərar İsrailin casus agentliklərinə Türkiyə, Qətər və digər ölkələrdə yaşayan HƏMAS liderlərini Qəzza zolağından kənarda məhv etmək üçün plan hazırlamağı əmr etdikdən sonra qəbul edilib.

Aydın