Dünya 17:06 06.03.2023

Türkiyə müxalifətindən gözlənilməz addım: Akşener qayıtdı

"İYİ Partiya başqanı Meral Akşenerin təklifi qəbul edilib”. 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Şahin Cəfərli bildirib. Onun sözlərinə görə, bu saatlarda Meral Akşener ilə CHP lideri Kamal Kılıçdaroğlu arasında görüş keçirilir:

"Axşam həm prezidentliyə, həm də vitse-prezidentliyə namizədlər barədə məlumat veriləcək. "Altılı masa"nın toplantısından sonra bu barədə rəsmi məlumat yayılacaq”. 

Qeyd edək ki, İYİ Partiya başqanı Meral Akşener "altılı masa"ya qayıtmaq üçün şərt irəli sürüb. O, Əkrəm İmamoğlu və Masur Yavaşın səlahiyyətli vitse-prezident olmaları şərti ilə Kılıçdaroğlunun namizədliyini dəstəkləyəcəyini bildirib. 

Bahar Rüstəmli