Dünya 11:55 18.08.2022

Türkiyədə bir ilk: Erməni rayon rəhbəri oldu

Türkiyə Cümhuriyyəti tarixində ilk dəfə erməniəsilli şəxs kaymakam (rayon rəhbəri, höküməti təmsil edən şəxs) olub.

Qaynarinfo "Hürriyet”ə istinadən xəbər verir ki, Denizli bölgəsinin Babadağ vilayətinə 27 yaşlı Berk Acar rəhbərlik edəcək.

B. Acar 1995-ci ildə İstanbulda anadan olub və özəl Sahakyan Nunyan erməni orta məktəbində oxuyub. 2000-ci ildə Bilgi Universitetinin Hüquq fakültəsini bitirib. 110-cu qubernatorluq imtahanına qatılan Acar yazılı imtahanda 13 374 nəfər arasında 72-ci olub. Müsahibə üçün dəvət edilən 475 nəfər arasında da uğur qazanan erməniəsilli şəxs kaymakam vəzifəsinə təsdiqlənib.