Siyasət 23:13 30.05.2023

Türkiyədə hazırkı Nazirlər Kabinetinin son iclası keçiriləcək

Türkiyə Nazirlər Kabineti hazırki tərkibdə son iclasını keçirəcək.

Toplantı mayın 31-də baş tutacaq.

Nazirlər Kabinetinin iclasına ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbərlik edəcək.
Qeyd edək ki, mayın 28-də yekunlaşan prezident seçkilərindən sonra Türkiyədə yeni hökumətin qurulacağı gözlənilir.

Mənbə: Haber Global