Ölkə 12:09 14.04.2023

Türkiyədə vəfat edən sabiq nazir bu rayonda dəfn ediləcək

Türkiyədə dünyasını dəyişən keçmiş daxili işlər naziri Abdulla Allahverdiyevlə vida mərasimi mərhumun Mərdəkandakı bağ evində keçiriləcək. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, vida mərasimi saat 17.00-da baş tutacaq. Bundan sonra mərhumun cənazəsi Qazax rayonuna aparılacaq və orada dəfn olunacaq. 
 
Məlumata görə, Abdulla Allahverdiyev xərçəng xəstəliyindən əziyyət çəkirdi. 

Qeyd edək ki, Allahverdiyev Abdulla Müseyib oğlu Bakı şəhər Baş Polis İdarəsinin rəisi (polis general-mayoru) işləyib. O, 1993-cü ilin aprelin 16-dan iyunun 17-dək Azərbaycanın daxili işlər naziri olub. Abdulla Allahverdiyev İsgəndər Həmidovun yerinə gəlib və ondan sonra Rövşən Cavadov daxili işlər naziri vəzifəsini icra edib.
 
Onu da qeyd edək ki, Abdulla Allahverdiyev Sovet İttifaqı qəhrəmanı Müseyib Allahverdiyevin oğludur.

Seyid