Texnologiya 12:14 06.01.2023

"Twitter" "qırıldı": 200 milyondan çox istifadəçinin məlumatları oğurlandı

Təhlükəsizlik tədqiqatçısı çərşənbə günü bildirib ki, hakerlər 200 milyondan çox "Twitter" istifadəçisinin e-poçt ünvanlarını oğurlayıb və onları haker forumunda yerləşdiriblər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" İsrail kibertəhlükəsizliyi monitorinqi şirkətinin həmtəsisçisinə istinadən məlumat yayıb.

Bu sızma "təəssüf ki, bu sızma fişinq və doksinqə yönəlmiş kütləvi haker hücumu ilə nəticələnəcək", deyə İsrail kibertəhlükəsizlik monitorinqi "Hudson Rock” şirkətinin həmtəsisçisi Alon Qal "LinkedIn”də yazıb.

O, bunu "gördüyü ən ciddi sızmalardan biri" adlandırıb.

"Twitter" Qalın ilk dəfə dekabrın 24-də sosial mediada yayımladığı hesabatı şərh etməyib və həmin tarixdən sonra baş verən sızma ilə bağlı suallara cavab verməyib.

"Bu sızıntının arxasındakı hakerin və ya hakerlərin kimliyi və ya harada olması ilə bağlı heç bir məlumat yoxdur", deyə "Reuters" yazıb.

Nəşr onu da əlavə edir ki, bu, hələ 2021-ci ildə, yəni İlon Maskın keçən il şirkətin sahibi olmamışdan əvvəl baş vermiş ola bilər.

Alpər