İdman 13:31 10.08.2022

U-23 millimizin rəqibinə texniki məğlubiyyət veriləcək

Konyada keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında futbol üzrə U-23 millimizin rəqibi İran yığmasına texniki məğlubiyyət veriləcək.
 
Qaynarinfo xəbər verir ki, buna səbəb rəqibin oyuna gəlməməsi olub. Bu səbəbdən qarşılaşma baş tutmayacaq və müvafiq olaraq, komandaya texniki məğlubiyyət veriləcək. 
 
İran millisi ilə oyun bu gün Bakı vaxtı ilə saat 18:00-da keçirilməli idi.
 
Səbuhi Həsənov