Foto 12:05 26.09.2023

“Uçan səhnə" Lənkəranın Biləsər kəndində (FOTO)

Sentyabrın 25-i Lənkəran Dövlət Dram Teatrı "Uçan səhnə" layihəsi ilə Lənkəran rayonunun Biləsər kəndində çıxış edib. 

Qaynarinfo xəbər verir ki, Mədəniyyət Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyəti və Lənkəran Dövlət Dram Teatrının "Heydər Əliyev İli" və Azərbaycan Peşəkar Milli Teatrının 150 illik yubileyinə həsr etdiyi "Uçan səhnə" layihəsi bu dəfə "Azərsun Holding”in dəstəyi ilə gerçəkləşib. 
Biləsər kəndinin azyaşlı sakinləri qarşısında tamaşa ilə çıxış edən teatr heyəti uşaqlara hədiyyələr verib. Uşaqlarla maraqlı oyunlar və əyləncəli yarışlar keçirən "Azərsun Holding”in "Final” və "Shokki Mokki” markaları da öz növbəsində uşaqlara hədiyyələr və məktəb ləvazimatı bağışlayıb.

Layihə növbəti aylarda regionun digər ucqar kəndlərində davam etdiriləcək.