Rusiya Premyer Liqasının müxtəlif klublarında çalışmış, hazırda "Anji"nin prezidenti olan məşhur yerli məşqçi Hacı Hacıyev açıqlama verib.
Qaynarinfo
xəbər verir ki, o, Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) Rusiyanın 17 yaşadək kişi və qadınlardan ibarət milli komandalarının 2024-cü ildə keçiriləcək Avropa çempionatının seçmə turnirinə buraxılması ilə bağlı qərarı şərh edib.
"Əlbəttə ki, bu bir köməkdir. Aydındır ki, yüksək səviyyəli yarışlar olmadan maksimum nəticə əldə etmək daha çətindir. İxtisaslı futbolçu kimi yetişmək üçün məşqlə yanaşı, yaxşı yarışlar da olmalıdır”, - deyə Hacıyev bildirib.
UEFA İcraiyyə Komitəsi Rusiyanın gənclərdən ibarət komandalarına qarşı sanksiyaları qismən ləğv edib, lakin eyni zamanda onlar öz dövlət bayrağı və himni olmadan çıxış edəcəklər, bütün ev oyunları isə yalnız neytral meydançalarda keçiriləcək. Bundan əlavə, Rusiyanın böyüklər və gənclərdən ibarət milli komandaları Ukraynadakı münaqişə bitənə qədər beynəlxalq yarışlara qayıda bilməyəcəklər.
Alpər
Şərhlər