İdman 12:14 01.12.2022

UEFA "Qarabağ"a maliyyə vəsaiti ayırdı

UEFA növbəti dəfə "Qarabağ"a ödəniş edib.

Qaynarinfo xəbər verir ki, qitənin ali futbol qurumu avrokuboklarda çıxış edən klublar üçün koronavirus pandemiyası ilə əlaqədar maliyyə vəsaitinin ayrılıb. Proqram çərçivəsində 2021/2022 mövsümündə Konfrans Liqasında iştirak etmiş Ağdam klubuna 139 000 avro maliyyə vəsaiti ödənilib.

Məbləğ AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.
 
Səbuhi Həsənov