İdman 11:39 28.03.2023

Ürəyi dayanan futbolçu ayılıb meydana qayıtmaq istədi (VİDEO)

İspaniyanın 3-cü liqasında baş tutan "Kordoba" - "Ferrol" matçında maraqlı hadisə yaşanıb.

Qaynarinfo xəbər verir ki, oyun zamanı "Kordoba"nın futbolçusu Draqisa Qudelj özünü piss hiss edərək yerə yıxılıb.

Ürəyi dayanan 25 yaşlı serbiyalı təcili tibbi yardım avtomobilinə mindirilən zaman ayılıb. Qudelj ayıldıqdan sonra ayağa qalxaraq oyuna davam etmək istəsə də, həkimlər buna icazə verməyib. 
 

 

Səbuhi Həsənov