Yaponiyanın baş naziri Fumio Kişida bildirib ki, Ukrayna Çinin "nüvə çətiri” altındadır. O, bunu 2013-cü il əməkdaşlıq müqaviləsi ilə izah edib.
Qaynarinfo xəbər verir ki, bu barədə TASS
yazır.
"Ukraynanın "nüvə çətiri” ilə qorunub-qorunmaması sualına cavab olaraq deyim ki, Çin və Ukrayna arasında səmərəli əməkdaşlıq haqqında sazişlərdən xəbərdaram. Həmin vaxt dərc olunan birgə bəyanatda deyilirdi ki, Çin Ukraynaya müdaxilə və ya nüvə silahı ilə işğal təhlükəsi yaranarsa, Ukraynaya qarşılıqlı təhlükəsizlik zəmanəti verməyə razıdır”, deyə Kişida parlamentdə bildirib.
Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç və Çin sədri Si Szinpin 2013-cü ilin dekabrında Pekində strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında bəyannamə imzalayıblar. Sənəddə deyilir ki, Pekin 1994-cü ildə ÇXR hökumətinin bəyanatına əsaslanaraq, bu ölkənin nüvə statusundan imtina etməsini nəzərə alaraq, heç bir halda nüvə silahından istifadə etməyi və Ukraynaya qarşı istifadə ilə hədələməməyi öhdəsinə götürür. Çin həmçinin "nüvə silahından istifadə ilə təcavüzün qurbanına çevrilərsə və ya belə bir təcavüz təhlükəsi olarsa” "Ukraynaya müvafiq təhlükəsizlik zəmanəti verəcəyini” təsdiqləyib.
Nizami Bağırov
Şərhlər