Dünya 19:00 30.09.2022

Ukrayna ərazilərinin Rusiyaya "birləşməsi" Zelenskini sərt addım atmağa məcbur etdi (VİDEO)

Ukrayna bu gün sürətləndirilmiş prosedurla NATO-ya üzv olmaq üçün müraciət edir və Putinlə danışıqlara son verir. 

Qaynarinfo xəbər verir ki, bu barədə RBC-Ukrayna Prezident Volodimir Zelenskinin videomüraciətinə istinadən məlumat yayıb.

"De-fakto, biz artıq NATO-ya yol almışıq. De-fakto, biz Şimali Atlantika Alyansının standartlarına uyğunluğumuzu artıq sübut etmişik. Onlar Ukrayna üçün realdır - döyüş meydanında və qarşılıqlı fəaliyyətimizin bütün aspektlərində realdır. Biz bir-birimizə güvənirik, bir-birimizə kömək edirik və biz bir-birimizi qoruyuruq. Bu artıq Alyansdır”, - Zelenski bildirib.

Ukrayna prezidenti həmçinin qeyd edib ki, Ukrayna bütün Ukrayna cəmiyyətinin müdafiəsi üçün əhəmiyyətimizə cavab verəcək prosedur üçün müraciət edir.

"Biz Ukraynanın NATO-ya sürətləndirilmiş üzvlüyü ilə bağlı ərizəsini imzalamaqla qətiyyətli addımımızı atırıq”, - Ukraynanın dövlət başçısı əlavə edib.

Onun sözlərinə görə, Ukrayna Rusiya Federasiyası ilə danışıqlara hazırdır, ancaq yeni prezidentin hakimiyyəti altında.

O qeyd edib ki, Ukrayna danışıqlar səylərində lider olub və liderdir. Məhz bizim ölkə Rusiyaya bərabər, vicdanlı, layiqli və ədalətli şərtlərlə birgəyaşayış haqqında razılığa gəlməyi təklif edib.

"Aydındır ki, bu, Rusiya prezidenti ilə bu mümkün deyil. O, ləyaqət və dürüstlüyün nə olduğunu bilmir. Ona görə də biz Rusiya ilə dialoqa hazırıq, amma fərqli prezidentlə", - deyə Zelenski bildirib.

Xatırladaq ki, bundan əvvəl Putin qondarma "yeni ərazilərin - Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətləinin Rusiya Federasiyasına qoşulması" haqqında saziş imzalayıb.

Prezident Volodimir Zelenski bir müddət əvvəl Kremlə xəbərdarlıq etmişdi ki, müvəqqəti işğal olunmuş ərazilərdə qondarma referendumların keçirilməsi və onları Rusiyaya birləşdirilməsi diplomatik həll yolunu ləğv edəcək.

Bu arada məlumat yayılıb ki, NATO-nun baş katibi Yens Stoltenberq bu gün, sentyabrın 30-da planlaşdırılmamış mətbuat konfransı keçirəcək. Mətbuat konfransı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq

NATO baş katibinin çıxışının mövzusu açıqlanmır. Mətbuat xidmətinin məlumatına görə, onun çıxışı NATO-nun mənzil-qərargahında baş tutacaq.

Nizami Bağırov