Dünya 10:25 29.02.2024

Ukrayna hərbçiləri Rusiyanın daha bir “Su” qırıcı-bombardmançısını vurdu

Ukrayna ordusu düşmənin daha bir ikiyerlik qırıcı-bombardmançı Su-34-ü məhv edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk məlumat verib. 

"Bu gün 29 fevraldır, dörd ildə bir dəfə gələn tarixdir, lakin bu, ruslar üçün başqa bir təyyarənin itirilməsi ilə artıq tanış bir gündür", - Olesçuk deyib.

Onun sözlərinə görə, ukraynalı müdafiəçilər Su-34-ü şərq istiqamətində "endiriblər”.

"Əməyinizə görə təşəkkür edirəm! Yer üzündə qələbə səmada qazanılır!" - Oleşuk vurğulayıb.

Alpər