Dünya 18:56 05.06.2023

Ukrayna Rusiyada təxribatçılar şəbəkəsi yaradıb, Kremlə dron hücumunu onlar edir - CNN

Ukrayna Rusiya daxilində agentlər və diversantlar şəbəkəsi yaradıb, onların köməyi ilə Rusiya Federasiyası ərazisindəki obyektlərə dronlarla hücum edirlər. 

Qaynarinfo xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ kəşfiyyatının məlumatları ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.
 
Mənbələrin bildirdiyinə görə, Ukraynadan pilotsuz uçuş aparatları alan diversantlar mayın 3-də Kremlə edilən hücuma görə məsuliyyət daşıyırlar və Rusiya hakimiyyəti bunu prezident Vladimir Putinə "sui-qəsd cəhdi” kimi qiymətləndirib.

Mənbələrin CNN-ə verdiyi məlumata görə, mayın 30-da baş vermiş hücumda Rusiya elitasının Rublyovkadakı evlərini və Novo-Oqaryovo prezident iqamətgahını az qala partladacaq eyni sxemə əməl edib-etmədiyi hələ də bəlli deyil. 

Dronları Rusiya ərazisinə çatdırmaq üçün Kiyev Rusiya-Ukrayna sərhədində çoxsaylı "boşluqlar”dan istifadə edir, bəzən sərhədçilərə və onun mühafizəsinə cavabdeh olan xidmətlərə rüşvət verir. Avropa ölkələrindən birindən olan kəşfiyyatçı baş verənləri təsvir edir: "Hər kəs sağ qalmaqla məşğuldur, ona görə də pul möcüzələr yaradır”.

Rusiya ərazisinə həm hazır PUA-lar, həm də Rusiya ərazisində yığılmaq üçün onun komponentləri daxil ola bilər. CNN mənbələri bildirirlər ki, Rusiya Federasiyasında Ukraynanın maraqları naminə fəaliyyət göstərən diversantlar arasında Kiyevə rəğbət bəsləyir, eləcə də bu növ müharibə aparmaq üçün təlim keçmiş təcrübəli agentlər var.

Onların fikrincə, pilotsuz uçan aparatları işə salan diversantlara dəqiq kimin nəzarət etdiyi tam aydın deyil, lakin Vaşinqton hesab edir ki, bu iş Ukrayna xüsusi xidmət orqanlarının iştirakı olmadan aparıla bilməz. 

Rusiya hava hücumundan müdafiə sistemləri üçün görünməz olan dron reydləri keçən il sərhəd bölgələrində infrastruktur və enerji obyektlərinin, daha sonra isə Ryazan və Samara yaxınlığındakı Rusiya strateji aviasiya aerodromlarının hücuma məruz qalması ilə başlayıb.

Bununla belə, son həftələrdə dron hücumları artıb. Və bu, Ukraynanın Rusiya Federasiyasında diversiya ocaqlarının yaradılması üzrə neçə aylıq işinin nəticəsidir, - CNN mənbələrindən biri deyir.

Onun sözlərinə görə, Kiyevdə bəziləri Ukraynanın hərəkətlərini "daha aqressiv” hala gətirməyə çalışırlar. "Əlbəttə, buna ən yüksək səviyyədə hazırlıq var. Məsələ həmişə onların bunu etmək qabiliyyətində olub”, - mənbə CNN-ə bildirib. 

ABŞ-ın yüksək rütbəli rəsmiləri ictimai olaraq Ukraynanın Rusiya ərazisinə endirdiyi zərbələri pisləyir və onların arzuolunmaz eskalasiya riskini əsas gətirirlər. Lakin özəl olaraq, ABŞ və Qərb rəsmiləri Kiyevin seçdiyi strategiyaya hörmətlə yanaşırlar, onlar bunu USQ-nin əks-hücumunu gözləyərək öz ərazisini müdafiə etmək məqsədilə Rusiya resurslarını yayındırmaq üçün "ağıllı” üsul kimi təsvir edirlər.

Nizami Bağırov