Dünya 17:26 31.01.2023

Ukrayna Rusiyanın 3 nəzarət və onlarla cəmləşmə məntəqəsini məhv etdi - Baş Qərargah

Son sutka ərzində düşmənin 3 komanda məntəqəsinə, 2 silah-sursat anbarına və işğalçı qüvvələrin cəmləşdiyi onlarla yerə zərbələr endirilib.

Qaynarinfo Unian-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı səhər hesabatında bildirib.

"Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası gün ərzində düşmənin cəmləşdiyi ərazilərə 4 zərbə endirib, raket və artilleriya bölmələri işğalçıların 3 komanda, 4 cəmləşmə məntəqəsinə və 2 silah-sursat anbarına zərbələr endirib", - Baş Qərargah qeyd edir.

Bununla belə, düşmən Ukraynanın mühüm infrastrukturunu məhv etməkdən, raket zərbələri endirməkdən, mülki obyektləri və mülki əhalinin yaşayış yerlərini artilleriyadan atəşə tutmaqdan əl çəkmir.

Baş Qərargah bildirir ki, düşmən son sutka ərzində 3 hava və 4 raket zərbəsi endirib, çoxsaylı reaktiv yaylım atəş sistemlərindən, xüsusən də Xerson və Oçakov şəhərlərində yaşayış binalarına 60-dan çox hücum təşkil edib.

"Ukraynanın bütün ərazisi üzrə hava və raket zərbələri təhlükəsi yüksək olaraq qalır”, - açqıalamada deyilir.

Alpər