Dünya 13:34 21.04.2023

"Ukraynada döyüşlər logistika müharibəsinə çevrilir" - Stoltenberq

"Ukraynadakı döyüşlər tədricən logistika müharibəsinə çevrilir".

Qaynarinfo "Ukrinform" istinadən xəbər verir ki, bunu aprelin 21-də Ramşteyn aviabazasında keçiriləcək növbəti görüşdən əvvəl NATO-nun baş katibi Yens Stoltenberq deyib.

"Yəqin ki, bəzən bir az darıxdırıcı səslənir, lakin logistika son dərəcə vacibdir. Hazırda dözümlülük döyüşü gedir və bu dözümlülük döyüşü logistik müharibəyə çevrilir", deyə NATO rəhbəri bildirib.

Baş katibin sözlərinə görə, görüş zamanı NATO müttəfiqləri və tərəfdaşlarının Ukraynaya əlavə yardım elan etməsini gözləyir:

"Döyüş tanklarına sahib olmaq üçün həm də böyük miqdarda döyüş sursatı, yanacaq, ağır texnikanın hərəkəti üçün qoşqular, nəqliyyat vasitələrinin təmiri və daha çox şeyə sahib olmalısınız. Buna görə də bəzən biz əməliyyat qabiliyyətinə sahib olmaq üçün təşkil edilməli olan bütün logistikanı lazımınca qiymətləndiririk".

Qeyd edəkl ki, aprelin 18-də Kanada Silahlı Qüvvələri Ukraynaya "Leopard 2A4" tanklarının göndərilməsinə hazırlıq prosesini nümayiş etdirib. Aprelin 19-da məlum olub ki, Böyük Britaniya Ukraynaya özünün 14 ədəd "Challenger 2” tankından ibarət eskadrilya bağışlayıb. Ötən gün Danimarka və Niderland 14 "Leopard 2" tankını Ukraynaya təhvil verməyi planlaşdırdıqlarını açıqlayıb. Onları 2024-cü ilin əvvəlində təhvil verə biləcəklərini deyiblər. 

Aydın