Ekonomiks 09:45 02.07.2022

Ukraynada Rusiyanın 154 milyon dollardan çox aktivləri həbs edildi

Ukraynada Rusiya holdinqlərinin 154 milyon dollardan artıq (indiki məzənnə ilə) aktivlərinə həbs qoyulub. 

Qaynarinfo xəbər verir ki, bu barədə "İnterfaks” Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına istinadən yazıb.

Söhbət "Rostec", "Tatneft", "Rusal" və "HMS Group" şirkətlərindən gedir. Ölkənin hakimiyyət orqanları hesab edir ki, onların aktivləri "təxribat fəaliyyətində” istifadə oluna bilər. Daxili İşlər Nazirliyi Ukraynanın doqquz müəssisəsinin və 70 daşınmaz əmlak obyektinin, o cümlədən torpaq sahələrinin korporativ hüquqlarına həbs qoyulmasına aydınlıq gətirib.

Bundan əvvəl "Tatneft”in neft bazaları, yanacaqdoldurma məntəqələri, qeyri-yaşayış binaları, torpaq sahələri, o cümlədən yanacaq daşıyan maşınlar və minik avtomobilləri də daxil olmaqla aktivlər kompleksinin həbs edilərək Ukraynanın idarəçiliyinə verilməsi məlum olub.

Ötən həftə Ukrayna prezidenti Vladimir Zelenski G7 liderlərinə dondurulmuş və ya həbs edilmiş Rusiya aktivlərinin müsadirəsi üçün qlobal mexanizm yaratmağı təklif edib.
 
Alpər