Avropa diplomatiyasının rəhbəri Cosep Borrel bildirib ki, Ukraynanın NATO-ya daxil olması ilə bağlı qərar müzakirə olunmur. O qeyd edib ki, qərarı baş katib Yens Stolteberq deyil, alyansın bütün üzvləri qəbul edir.
Qaynarinfo xəbər verir ki, bu barədə Borrel La Sexta telekanalına müsahibəsində
bildirib.
"Bu, müzakirə olunmur", - deyə Cosep Borrel bildirib. O qeyd edib ki, Ukrayna bundan əvvəl də NATO-ya üzv olmaq üçün müraciət edib. Borrel əlavə edib ki, "Ukraynada heç vaxt NATO raketləri olmayıb”.
Qeyd edək ki, Ukrayna 2022-ci il sentyabrın 30-da Rusiyanın hərbi əməliyyatı fonunda üzvülüklə bağlı NATO-ya müraciət edib. "Financial Times”ın yazdığına görə, ABŞ, Almaniya və Macarıstan bəzi ölkələrin alyansın iyul sammitində Ukraynaya NATO-ya üzv olmaq üçün "yol xəritəsi” təqdim etmək cəhdlərinə qarşıdır. May ayında Ukrayna prezidenti Volodimir Zelenski etiraf edib ki, ölkəsi Rusiya ilə müharibə bitənə qədər NATO-ya üzv olmayacaq.
Nizami Bağırov
Şərhlər