Ölkə 16:23 17.09.2023

Şuşa istiqamətindəki mövqelərimiz atəşə tutuldu

Bu gün saat 15:10 radələrində qeyri-qanuni silahlı dəstələrin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa şəhəri istiqamətində yerləşən mövqeləri bir neçə dəfə atıcı silahlardan atəşə tutulub.

Bu barədə Qaynarinfo-ya Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.