Sənət 11:49 19.05.2023

Şuşa teatrı Şuşada fəaliyyət göstərəcəkmi?

"Şuşa şəhərinin bərpa və yenidən qurulmasından sonra Şuşa Dövlət Musiqili Dram Teatrının orada fəaliyyət göstərib-gəstərməməsi dövlət siyasətidir. Biz bununla bağlı heç bir məlumata malik deyilik”.

Bunu Qaynarinfo-ya açıqlamasında sözü gedən teatrın rejissoru Loğman Kərimov deyib. O bildirib ki, hazırda Şuşa Şuşa Dövlət Musiqili Dram Teatrı Bakıdakı binasında fəaliyyət göstərir:

"Mən 14 ildir ki, Şuşa Dövlət Musiqili Dram Teatrında rejissor işləyirəm. 14 il bundan öncə eks mədəniyyət naziri Əbülfəs Qarayevin əmri ilə Şuşa teatrına rejissor təyin olunmuşam. Bu teatrda tamaşalar hazırlayıram. Teatrda işlərimiz əladır, tez-tez Şuşaya səfərlərimiz olur. Hər gün teatrda tamaşalar oynanılır”.

Bahar Rüstəmli