Dünya 17:10 19.05.2022

USQ-nin ruslarla Donets döyüşü: ucsuz-bucaqsız tank qəbiristanlığı (VİDEO)

Ukrayna mətbuatında mayın 11-də Ukrayna ordusunun Luqansk vilayətində Severski Donets çayını keçmək istəyərkən rusları məğlub etdiyi yerin videosu yayılıb. Həmin döyüşdə ruslar 80-dən çox texnika itiriblər.

Qaynarinfo xəbər verir ki, bu haqda Pravda.com.ua-nın məlumatında deyilir.

Mayın 5-dən mayın 12-dək ruslar tank alayından istifadə edərək Severski Donets çayını keçmək istəyiblər.

Videoda rus tankları və digər texnikanın qalıqları göstərilir. Bəzilərində ağ hərflə ZOV, digərlərində isə O hərfi var.

Mayın 13-də Ukrayna qüvvələri rus qoşunlarının Severski Donets çayının keçməsi dayandırılıb.

Nizami Bağırov