İdman 18:45 31.10.2023

Valideynləri qaçırılan futbolçunun anası xilas edildi, atası isə...

"Liverpul"un kolumbiyalı hücumçusu Luis Diazın valideynləri hələ də tapılmayıb.

Qaynarinfo-nun məlumatına görə, Kolumbiyada silahlı şəxslər tərəfindən qaçırılan Diazın anası Kilenis xilas edilsə də atası Manuel Diaz hələ girov saxlanılır və axtarışları davam edir. 

Kolumbiya mətbuatında yer alan xəbərə görə, mövzu ilə bağlı açıqlama verən Kolumbiya prezidenti Qustavo Petro, Diazın atasını tapmaq üçün polis səlahiyyətlilərinin bütün gücü ilə səylərini davam etdirdiyini vurğuladı. Kolumbiyanın şimalında futbolçunun valideyninin tapılması üçün davam edən əməliyyata yüzdən çox polis məmurunun qatıldığı və bu mövzuda məlumat paylaşanlara iki yüz min dollar pul mükafatı veriləcəyi bildirilib.
 
 

Səbuhi Həsənov