Siyasət 11:58 30.11.2022

Vasif Talıbov Naxçıvandakı həbslərdən sonra açılışda iştirak etdi (FOTO)

Həbslərdən sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışda iştirak edib. 

Qaynarinfo-nun məlumatına görə, dünən Muxtar Respublika Uşaq Kitabxanasının yeni binası istifadəyə verilib. Bu münasibətlə keçirilən tədbirdə Vasif Talıbov da iştirak edib.

Qeyd edək ki, noyabr ayının 23-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Naxçıvan Dövlət Gömrük Komitəsində (DGK) əməliyyat keçirib. Nəticədə bir neçə nəfər saxlanılıb və Naxçıvan DGK-sı ləğv edilib. Bundan başqa Naxçıvan MR malliyə naziri Rafael Əliyev həbs olunub.

Əhməd