Ölkə 17:28 28.03.2023

Vəkillər Kollegiyası ilə hüquqşünas arasında məhkəmə çəkişməsi

Vəkillər Kollegiyasının Rəyasət Heyəti hüquqşünas Hüseynzadə Mehdi Pəli oğlunu məhkəməyə verib.

Qaynarinfo xəbər verir ki, iddia Bakı İnzibati Məhkəməsinin hakimi Ləman Musayevanın icraatındadır. İşin mahiyyəti barədə açıq mənbələrdə heç bir məlumat yoxdur. 

Araşdırmalarımız zamanı məlum olub ki, Mehdi Hüseynzadə Vəkillə Kollegiyasının üzvü olub və uzun müddət vəkil kimi fəaliyyət göstərib. Lakin sonradan kollegiyadan çıxarılıb. Onun adına Vəkillər Kollegiyasının rəsmi internet səhifəsində rast gəlinmir. Bu fakt Mehdi Hüseynzadənin kollegiyadan çıxarılmasını təsdiq edir. 

Onun hansı səbəbdən kollegiyadan çıxarılması bəlli deyil. Yerli mediada Abakarova Züleyxa Nadir qızının Mehdi Hüseynzadədən şikayəti dərc edilib. Vətəndaş şikayətində aldadıldığını iddia edir. Ehtimal olunur ki, Mehdi Hüseynzadənin kollegiyadan çıxarılması bu kimi səbəblərlə bağlıdır. 

Mehdi Hüseynzadə 2006-cı ildə hakim olmaq üçün imtahan verib. Həmin imtahanda 79 bal toplayıb. Lakin bu bal onun hakim işləməsi üçün kifayət etməyib. 

Seyid