Foto 15:31 15.11.2022

Vətən müharibəsi iştirakçısı qəzada öldü (FOTO)

Oğuz rayonunda minik avtomobili traktorla toqquşub.

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Xaçmaz kəndində baş verib. 

Hərəkətdə olan "VAZ 2107” markalı minik avtomobili traktorla toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü, Xaçmaz kənd sakini, 1993-cü il təvəllüdlü Atakişiyev Səxavət Arif oğlu  aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.

Faktla baglı araşdırma aparılır.

Yol qəzasında vəfat edən Atakişiyev Səxavət Arif oğlu Vətən müharibəsi iştirakçısı olub.