Ölkə 09:54 01.02.2023

Vətən müharibəsi şəhidinin bacısı faciəli şəkildə öldü (FOTO)

Bakıda gənc qız faciəli şəkildə ölüb.

"Qafqazinfo”nun məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdü Məmmədova Aytən Xalid qızı yaşadıqları binanın 4-cü mərtəbəsindən yıxılaraq ölüb. Mərhum bu gün Ucar rayonunda torpağa tapşırılacaq.

Qeyd edək ki, faciəli şəkildə ölən gənc qız Vətən müharibəsi şəhidi Rəcəb Məmmədovun bacısıdır. Vətən müharibəsinə könüllü qatılan Rəcəb Məmmədov Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdı.