Ölkə 14:50 02.05.2023

Vilayət Eyvazov mayora yeni vəzifə verdi

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmrinə əsasən, Qazax Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin rəisi, polis mayoru Yusifzadə Çingiz Əşrəf oğlu vəzifəsindən azad olunub. 

Nazirin digər əmri ilə Çingiz Yusifzadə həmin şöbənin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.