Dünya 23:00 29.10.2023

Vuçiç: "Avropada Rusiyaya qarşı sanksiyalar tətbiq etməyən yeganə ölkəyik"

Rusiya Federasiyasına qarşı sanksiyalardan imtinanın Serbiyaya necə təsir etdiyini danışıb

"Serbiya hakimiyyəti Rusiyaya qarşı sanksiyalardan imtina etməklə öz nüfuzunu dünyada yüksəldə bilib".

Qaynarinfo xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandar Vuçiç deyib.

Onun sözlərinə görə, bu qərarı ölkəni qorumaq üçün verib: "Unutmayın, biz bütün Avropada iki ildir Rusiya Federasiyasına qarşı hələ də sanksiyalar tətbiq etməyən yeganə ölkəyik. Bu, qeyri-mümkün, bir ay çəkəcək kimi görünürdü. İndi Serbiyadakı bütün siyasi rəqiblər öz melodiyalarını dəyişib, sanksiyaların çoxdan tətbiq edilməli olduğunu deməyə başlasalar da, son kampaniyada məni tənqid etdilər".

O əlavə edib ki, Serbiyanın Rusiyaya qarşı sanksiyalarla bağlı siyasəti dövlətə xarici təzyiqlərin artmasına səbəb olub: "Lakin Serbiya bununla da öz siyasətini həyata keçirən azad və müstəqil ölkə kimi reputasiyasını gücləndirdi".

Aydın