Dünya 18:03 24.09.2022

Vuçiç: Rusiyanın BMT TŞ-dən çıxarılması “dünya nizamını məhv edəcək”

Serbiya prezidenti Aleksandr Vuçiç hesab edir ki, Qərb "demək olar ki, şübhəsiz” Rusiyanı BMT Təhlükəsizlik Şurasından çıxarmağa çalışacaq və bu addım "beynəlxalq nizamı məhv edəcək”.

Bu barədə Qaynarinfo "Novosti”yə istinadən xəbər verir

"Serbiya oxşar bir şeyə - veto hüququnun məhdudlaşdırılmasına və ya Rusiyanın kənarlaşdırılmasına səs verməyəcək... Bu, beynəlxalq nizamın məhvi olacaq", - Vuçiç cümə günü Nyu Yorkda BMT Baş Assambleyasının kuluarlarında deyib.

O xatırladıb ki, BMT Nizamnaməsinin 109-cu maddəsinə əsasən, ona edilən düzəlişlər təşkilata üzv dövlətlərin üçdə iki səs çoxluğu ilə təsdiqlənir.

"Bu qərarlardan birinin qəbulu üçün Çinin bitərəf qalması lazımdır. Allah bilir onlar nə edə bilərlər. Bu heç də uzaqda deyil və qeyri-mümkün görünmür. Bu, bizim üçün fəlakət olacaq. Təbii ki, Kosovoya görə", - Vuçiç əlavə edib.

Nizami Bağırov