Video 19:58 06.01.2024

Vüqar Bayramov: “Paytaxtın fərqli yerlərində fermer bazarları yaradılmalıdır” (VİDEO)

Bu gün fermerlərin əsas problemlərindən biri bazara birbaşa çıxışının olmamasıdır. Əvəzində isə iş adamları onların yetişdirdiyi məhsulu alıb istehlakçılara daha baha qiymətə təklif edirlər. Nəticədə fermerin satdığı qiymətlə piştaxtadakı qiymət arasında xeyli fərq yaranır.

Bəs bunun üçün hansı addımlar atılmalıdır?

BAKU.WS xəbər verir ki, Millət vəkili Vüqar Bayramov "Xəzər Xəbər"ə açıqlamasında məsələnin həllini ənənəvi bazarlardan əlavə xüsusi bazarların yaradılmasında gördüyünü deyib.

Onun fikrincə, bazara çıxış imkanlarının artması həm fermerlərin gəlirlərinin artmasına, həm də istehlakçıların xərclərinin azalmasına şərait yaradacaq.
V. Bayramov xüsusilə paytaxtın fərqli yerlərində fermer bazarlarının yaradılmasını vacib hesab edir.