"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov iyulun 21-i saat 10:00-da Ağdamda Ağdam və Ağcabədi rayonlarından olan vətəndaşları qəbul edib.
Qaynarinfo xəbər verir ki, Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən baş tutub.
Qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.
Vətəndaşlar bölgələrdə qəbulla bağlı göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.
Qəbuldan sonra "Azərişıq” ASC-nin rəhbərliyi Ağdam Konqres Mərkəzində regional idarə rəhbərləri ilə toplantı keçirib. Cənab Prezident İlham Əliyevin iştirakı ilə işğaldan azad olunmuş ərazilərdə təməli qoyulan obyektlərdə elektrik təsərrüfatının və şəbəkənin yenidən qurulması istiqamətində işlərə nəzarət daha da gücləndirilib.
Şərhlər