Sənət 13:49 24.11.2022

Xalq artistindən sərt reaksiya: “Gənc Tamaşaçılar" yeganə teatrdır ki...”

"Gənc Tamaşaçılar Teatrı yeganə teatrdır ki, yaşa görə aktyorları işdən, səhnədən uzaqlaşdırırlar. Heç bir teatrda yaşlı aktyorları işdən çıxarmırlar”.

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Tariyel Qasımov deyib. Aktyor bildirib ki, GTT-dan başqa bütün teatrlarda yaşlı aktyorlara sevgi ilə yanaşırlar:

"Naidə İsmayılzadə teatra direktor gələn kimi məni işdən çıxartdı. Halbuki teatrda bütün baş rolları mən oynayırdım. Dedi ki, sənin yaşın çoxdur. Mən də baxdım ki, orada qalmağın yeri yoxdur, ərizəmi yazıb, teatrdan getdim. Rol verilməyən aktyor teatra niyə gəlsin ki?”.
 
Bahar Rüstəmli