Siyasət 20:39 19.07.2022

Xamnei Ərdoğanla görüşdə Qarabağdan danışıq: "Sevinirik, lakin..."

İranın dini lideri Əli Xamnei Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə Qarabağın işğaldan azad edilməsinə görə sevindiklərini deyib.

Qaynarinfo bu barədə Xamneinin "Twitter" səfhəsinə istinadən xəbər verir.

"Biz Qarabağın Azərbaycana qayıtmasına görə sevinirik. Lakin təbii ki, İran-Ermənistan sərhədini bağlamaq siyasəti varsa, İslam Respublikası buna qarşı çıxacaq. Çünki bu sərhəd 1000 illik birləşdirici marşrutdur", deyə Xamnei bildirib.

Aydın