Ölkə 20:45 02.10.2023

Xankəndidən çıxan ermənilərin növbəti təxribatı: Meyitləri morqda saxlayıb çıxıblar

Ermənilər Xankəndidən çıxarkən şəhər xəstəxanasının morqunda 16 meyiti aparmayaraq orada saxlayıblar.

"Report”un məlumatına görə, bunlar Xankəndidə vəfat etmiş şəxslərin meyitləridir.

Faktı Azərbaycanın müvafiq orqanları aşkarlayıb.

Rəsmi Bakı ölkəmiz humanizm nümayiş etdirərək meyitləri Ermənistana aparılması üçün Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib.